Hizbullah "əsrin sövdələşməsi"nin təhlükəli nəticələri barədə xəbərdarlıq edib
Livan Hizbullahının icra şurasının sədr müavini Amerikanın "əsrin sövdələşməsi" adlandırılan Fələstin məsələsinin aradan götürülməsi üzrə fitnəsinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib.
Livan Hizbullahının icra şurasının sədr müavini Şeyx Nəbil Qavuq bu gün deyib: Ərəb ölkələri ilə sionist düşmən arasında əlaqələrin adiləşdirilməsi "əsrin sövdələşməsi" planından öncə ərəblərin Amerika prezidenti Donal Trampa və sionist rejimin baş naziri Benyamin Netanyahuya ödədikləri məbləğdir.
Hizbullah-ın baş üzvü deyib: Sionist düşmənin işğal olunmuş Qolana və Qüdsə hakimiyyətinin Amerika tərəfindən tanınması Netanyahunün "əsrin sövdələşməsi" ilə bağlı əldə etdiyi bir nailiyyətdir.
Şeyx Qavuq vurğulayıb: Livanda heç kəs "əsrin sövdələşməsi"nin təhlükələri və nəticələrindən amanda qalmayacaq. "Əsrin sövdələşməsi"ndə fələstinli didərginlərin məskunlaşmaları xətəri artıb və düşmənin Livanın nefti və sərvətlərinə qarşı təhdidləri günü-gündən çoxalır.
Amerika prezidenti Donal Trampın sionist rejimə dəstək istiqamətində irəli sürülən "əsrin sövdələşməsi" planına əsasən, Qüdsi-Şərif sionist rejimə verilir. Digər ölkələrdəki fələstinli didərginlər geridönmə haqqına malik olmayacaqlar və Fələstin yalnız Qəzzə zolağı və İordan çayının qərb sahilinin yerdə qalan ərazilərinin mülkiyyətinə malik olacaqdır.