Təcavüzkar səud koalisiyası Yəmənin Əlhudəydə hava limanına hücum edib
Apr 16, 2019 02:46 Asia/Baku
-
Təcavüzkar səud koalisiyası Yəmənin Əlhudəydə hava limanına hücum edib
Təcavüzkar səud koalisiyası bu gün səhər tezdən bir daha Yəmənin Əlhudəydə şəhərində atəşkəsi pozub.
Yəmənin Əlməsirə telekanalı xəbər verib ki, təcavüzkar səud koalisiyası Əlhudəydə hava limanını hədəfə alıb.
Bu hücumun törətdiyi tələfat və xəsarətlər barədə hələ bir məlumat yayılmayıbdır.
Sənadan göndərilmiş heyət ilə Ərriyad heyəti arasında İsveçdə razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.
Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.