Fələstin Netanyahunun ehtimal olunan hərəkətlərinə beynəlxalq reaksiyanın verilməsini istəyib
Fələstin muxtariyyətinin xarici işlər naziri sionist rejimin baş nazirinin İordan çayının qərb sahilini işğal olunmuş ərazilərə qatmaq üzrə ehtimal olunan hərəkətinə dünya ictimaiyyətinin reaksiya verməsini istəyib.
Sionist rejimin baş naziri Benyamin Netanyahu bundan öncə iddia etmişdi ki, knesset seçkilərindən sonra İordan çayının qərb sahilinin bir hissəsini işğal olunmuş ərazilərə qatacaq və ya bu rejimin qanunlarını həmin bölmələrdə hakim kəsdirəcəkdir.
Fələstin muxtariyyətinin xarici işlər naziri Riyaz Əlmaliki bu gün Sputnik xəbər agentliyi ilə müsahibədə sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal olunmuş Fələstin ərazilərində 2019-cu il knesset seçkilərindən öncəki seçki vədlərində, o sıradan qərb sahilindəki yəhudi qəsəbələrinin işğal olunmuş ərazilərə qatılması barədəki vədində məqsədini daha artıq səs əldə etmək və ümumi fikri öz korrupsiya işindən yayındırmaq adlandırıb.
Fələstin muxtariyyətinin xarici işlər nazirinin sözlərinə görə, Fələstin muxtariyyəti müstəqil Fələstin ölkəsinin rəsmən tanınması ilə nəticələnməyəcək sionistlərlə fələstinlilər arasında heç bir razılaşmanı qəbul etməyəcəkdir.