Suriya xalqı istiqlaliyyət gününü qeyd edib
-
Suriya xalqı istiqlaliyyət gününü qeyd edib
Suriya xalqı istiqlaliyyət günü münasibətilə şənlik keçirib və Trampın Qolan barədəki hərəkətinə nifrət ifadə edib.
Əlqunəytrə məntəqəsinin əhalisi işğal olunmuş Qolan məntəqəsinin əhalisi ilə həmrəylik ifadə etmək üçün Əynultinə məntəqəsinə toplaşaraq, Suriyanın istiqlaliyyət gününü və sonuncu fransız əsgərin bu ölkə ərazisindən çıxmasını bayram edib.
Havanın çiskinli və yağışlı olmasına rəğmən, çoxlu sayda suriyalı bu mərasimdə iştirak edib.
Əlqunəytrə məntəqəsinin əhalisi ABŞ prezidentinin işğalçı sionist rejimin Qolana hakimiyyətini tanımağa dair qərarını pisləyib. İşğal olunmuş Qolan məntəqəsinin əhalisi də Suriyanın istiqlaliyyət günündə bu ölkənin ərazi bütövlüyünü vurğulayıb . Qolan əhalisi bu mərasimdə iştirak edərək, vurğulayıb ki, Fransa müstəmləkəçiliyi qarşısında dayandığı kimi Suriyanın bu məntəqələrinin azad edilməsinədək işğalçı sionist rejimlə mübarizəni davam etdirəcəkdir.