Qana qırğınının ildönüm günü
Livanın cənubunda böyük Qana qırğını. Londonda çıxan İndipendent qəzetinin yazdığına görə, sionist rejim Qana gülləbaranı zamanı amerikalıların hədiyyə etdikləri silahlardan istifadə edibdir.
Bura, Livanın cənubunda yerləşən Qanadır. Sionist rejimin 23 il bundan öncə törətdiyi cinayəti xatırladır.
Cəmil bütün ailə üzvlərini böyük Qana faciəsində itirib.
Cəmil: Sionistlər buranı hədəfə almışdılar; BMT qüvvələrinin Qanadakı sabiq qərargahını. Həyat yoldaşım və dörd övladım, digər 150 nəfərlə yanaşı şəhid oldular.
O, həmin günlər xalqın yeganə sığınacağından danışır.
Cəmil: Sionistlərin gülləbaranı zamanı müqavimət bizim müdafiəmiz idi. İstər ozamankı, istərsə də indiki beynəlxalq orqanlar onların əllərində oyuncaq idilər. Şəhidlərdən əlavə, bu qəlpələr, bir çoxlarının bədən üzvlərinin kəsilməsinə bais oldu.
Onlardan biri, Şeyx Şəlhubdur. Qızı beş yaşında şəhid olub.
Şeyx Şəlhub: 1996-cı il aprelin 18-də sionistlər Livanın cənubunda atəşkəsi pozaraq, iki saat ərzində əksər hissəsini qadın və uşaqlar təşkil edən 800 sivili qanına qəltan etdilər. Və indi 23 ildən sonra hələ də sionistlər Amerikanın köməyi ilə bu böyük insan faciəsinin cəzalarından qaçırlar.
Berri ailəsinin üzvləri Qana faciəsində ən çox şəhid veriblər.
Qadın: Partlayışlardan qorxmuşdum. Hamı qaçmaqda idi. Bizim ailəmizdən on nəfər böyük Qana qətli-amında şəhid oldu. Müqavimət köməyimizə çatdı. İndi əgər müqavimət olmasa, elə həmin məsələlər təkrar olacaqdır.
Məryəm: Həmin faciənin alovunda bədənimin 60%-i yanarkən, 12 yaşım vardı. İndiyədək 23 cərrahiyyə əməliyyatı keçirmişəm. Sionistlər həmin hücumda qadağan olunmuş alovlanan bombalardan istifadə etdilər.
Qana əhalisi Amerikanı həmin faciənin əsas şəriki hesab edir. Çünki həmin böyük faciədən təkcə bir gün sonra ingilis İndipendent qəzeti ifşa edərək bildirdi ki, sionist rejim Qana gülləbaranı zamanı amerikalıların hədiyyə etdikləri silahlardan istifadə edibdir.