Bəhreyndə qrup halında mühakimə ilə bağlı narahatlıq
-
Bəhreyndə qrup halında mühakimə ilə bağlı narahatlıq
Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarı bürosunun sözçüsü Bəhreyndə qrup halında keçirilən mühakimədə 139 nəfərin məhkum edilməsindən öz narahatlığını ifadə edib.
Ravina Şəmdisani Röyters ilə müsahibədə deyib: Biz Bəhreynin terror hərəkətləri ilə bağlı qrup halında mühakimə keçirməsindən, terrorizmlə bağlı cinayətlər üstündə 139 nəfəri məhkum və onlardan 138 nəfərinin vətəndaşlığını ləğv etrməsindən olduqca narahatıq. Şəxslərin vətəndaşlıqlarının ləğv olunması insan haqları ilə bağlı çox geniş məsələlərə gətirib çıxara bilər.
Birləşmiş Millətlər Təşkilatının insan haqları üzrə ali komissarı bürosunun sözçüsü müxbirin bu şəxslərə əlçatılması imkanı barədəki sualının cavabında deyib: Xeyr. Biz onlara əlçatma imkanımız yoxdur. Biliriki ki, onların bir çoxu hazırda zindandadır. Onların bəziləri də qiyabi surətdə mühakimə olunublar. Əslində bu şəxslərin arasında qanuni yaşdan aşağı, yəni 15-17 yaşlar arasında olan az sayda insan da mövcuddur.