Apr 19, 2019 21:42 Asia/Baku
  • Sionistlər bir fələstinli əsirin mənzilini dağıdıblar
    Sionistlər bir fələstinli əsirin mənzilini dağıdıblar

Fələstinli mənbələr sionistlərin İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərinin cənubunda bir fələstinli əsirin ailəsinin mənzilini dağıtmaq üzrə insanlığa qarşı hərəkətlərindən xəbər veriblər.

İşğalçı hərbçilər bu gün buldozerlə 19 yaşlı fələstinli İrfan Ərfiayyənin ailəsinin Əlxəlilin "Vadi Əlhuriyyə" məntəqəsində yerləşən mənzilini dağıdıblar.

Sionist rejim son zamanlar anti-sionist əməliyyatlar həyata keçirən fəslətinli mübarizlərin mənzillərinin dağıdılması haqda göstəriş verib və onlardan bir çoxunu dağıdıbdır.

Fələstin xalqı sionist rejimin müqavimət mübarizlərinin evlərini dağıtmaq və onların ailələrini çıxarmaq üzrə bəşəriyyətə zidd hərəkətini hərbi cinayətin və kütləvi cəzanın nümunəsi adlandırıb və ona cavab olaraq vurğulayıbdır ki, bu mənzillərin uçqunları altından Qüdsün azad edilməsinə müjdə olacaq digər mübarizlər baş qaldıracaqlar.

Teqlər