Qəzzə zolağında "Qayıdış haqqı" yürüşünün 55-ci cüməsində 33 nəfər yaralanıb
-
Qəzzə zolağında "Qayıdış haqqı" yürüşünün 55-ci cüməsində 33 nəfər yaralanıb
Fələstin səhiyyə nazirliyi dünən gecə, Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşünün 55-ci cüməsində 33 nəfərin yaralanmasından xəbər verib.
Qəzzə zolağının mühasirədə olan əhalisi dünən "Qayıdış haqqı" yürüşünün 55-ci cüməsini sionist işğalçıların əsirliyində olan fələstinli əsirlərə dəstək məqsədilə "Fələstinli əsir cüməsi" adı altında keçirib.
Dünən Qəzzə zolağının şərqində keçirilən yürüşdə yaralananlar arasında beş yardımçı və dörd müxbir vardır.
Fələstin səhiyyə nazirliyi bundan öncə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşünün 55-ci cüməsində yaralanların sayını 12 nəfər elan etmişdi.
Fələstinlilərin "Qayıdış haqqı" yürüşü sionist rejimin işğalçılığına son qoymaq və Qəzzə zolağının mühasirəsini sındırmaq məqsədilə 2018-ci il martın 30-dan başlanıbdır.
Bu yürüşlərdə sionist hərbçilərin atəşləri nəticəsində indiyədək 272 fələstinli şəhid olub, minlərlə nəfər də yaralanıbdır.