Apr 23, 2019 09:55 Asia/Baku
  • əmiri: Qüdsü müdafiə üçün əlimizdən gələni əsirgə
    əmiri: Qüdsü müdafiə üçün əlimizdən gələni əsirgə

Küveyt əmiri ölkəsinin Fələstini himayə mövqeyini vurğulayaraq, Fələstini İslam Dünyasının əsas mövzusu adlandırıb və deyib ki, Küveyt Qüdsün və onun müqəddəslərinin müdafiəsində əlindən gələni əsirgəməyəcək.

Şeyx Səbah əl-Əhməd əl-Cabir əs-Səbah Fələstin muxtariyyətinin baş nazir müavini Nəbil Əburudəynə ilə görüşdə əlavə edib: Küveyt beynəlxalq qanunun təmin etdiyi Fələstin xalqının qanuni hüquqlarına dəstək verir.

Küveyt əmiri əlavə edib ki, ölkəsi Fələstin xalqını və onun rəhbərliyini himayə və Fələstini özünün birinci mövzusu bilərək, fələstinlilərin müqavimətinin gücləndirilməsinə kömək edəcək.

Əburudəynə də Küveytin Fələstin məsələsinə dəstək verməsinə görə təşəkkür edərək, Fələstin muxtariyyəti rəhbərliyinin iki tərəf arasındakı əlaqələrin gücləndirilməsinə olan təmayülünə təkid edib.

Teqlər