Həccədə səud muzdurlarının mövqlərinə raketlər yağdırılıb
-
Həccədə səud muzdurlarının mövqlərinə raketlər yağdırılıb
Yəmən ordusu və xalq komitələri dünən gecə səud muzdurlarının Həccə əyalətində yerləşən Heyran məntəqəsindəki mövqelərinə raket yağdırıblar.
Yəmən ordusu və xalq komitələri bildirib ki, dörd ədəd “Zəlzal-1” tipli yerli ballistik raketlə səud muzdurlarının Heyran məntəqəsində yerləşən mövqelərini hədəfə alıbdır.
Yəmən ordusu və xalq komitələrinin bildirdiyinə görə, bu raket hücumunda onlarla səud muzduru ölüb və ya yaralanıbdır.
Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Əli Əlmuşəki son zamanlar demişdi ki, yəmənlilər heç bir təcavüzkarın Yəməndən salamat çıxmayacağına söz veriblər.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.