Suriya xalqının yardımları və yardım qüvvələri İrana yola düşüblər
-
Suriya xalqının yardımları və yardım qüvvələri İrana yola düşüblər
İrandakı son sel hadisəsinin ardınca bir qrup suriyalı adi və dini tələbə yardım qüvvəsi kimi bu ölkə xalqının İranda seldənzərərçəkənlər üçün nəzərdə tutulan yardımlarından ibarət bir neçə yük maşını ilə İrana yola düşübdür.
Suriya xalqının yardımları İslam İnqilabının Böyük Rəhbərinin Suriyadakı ofisinin koordinasiyası ilə qablaşdırıldıqdan sonra İrana yola salınıbdır.
Bu yardımlar ilk mərhələdə seldənzərərçəkmiş ailələr üçün min ədəd qida maddəsi bağlamasına və bir neçə yüz min ədəddən çox adyal və digər zəruri ləvazimata şamil olur. Bu yardımlar İraqın quru sərhədləri vasitəsilə İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində seldənzərərçəkmiş məntəqələrə göndərilibdir.
Suriya universitetlərinin tələbələri və dini elmlər tələbələrindən bəzilərinə şamil olan bir qrup suriyalı könüllü də cihad qrupları formasında İranda seldənzərərçəkən məntəqələrə kömək üçün göndərilibdir.