"Qayıdış haqqı" yürüşünün 56-cı cüməsində 60 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339476-qayıdış_haqqı_yürüşünün_56_cı_cüməsində_60_nəfər_yaralanıb
Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 56-cı cüməsində 60 fələstinlinin yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2019 04:00 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün 56-cı cüməsində 60 nəfər yaralanıb

Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən böyük "Qayıdış haqqı" yürüşünün 56-cı cüməsində 60 fələstinlinin yaralanmasından xəbər verib.

"Qayıdış haqqı" yürüşü dünən "Vəhdət və ixtilaflara son" adı altında keçirilib.

Sionist rejim hərbçiləri fələstinli aksiyaçılara divan tutmaq gedişində hərbi güllələr atmaqdan əlavə, gözyaşardıcı və zəhərli qazlradan da istifadə ediblər.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 270-dən çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 27 min fələstinli də yaralanıbdır.

Bir çox ölkələr, o sıradan İran İslam Respublikası, eləcə də beynəlxalq təşkilatlar sionistlərin bu cinayətini pisləyiblər. 

Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır. Bu yürüş hər il keçirilir.

Sionist rejim fələstinlilərin torpaqlarını müsadirə və orada sionistsakinli qəsəbələr inşa etməklə Fələstin məntəqələrinin coğrafi strukturunu dəyişmək və bu məntəqələri sionistləşdirməklə öz hegemonçu niyyətlərini təsbit etmək niyyətindədir.