İsrail qırıcıları Qəzzədə müqavimətin bazasını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339778-İsrail_qırıcıları_qəzzədə_müqavimətin_bazasını_vurdu
İsrail qırıcıları bu gün səhər Fələstin müqavimətinin Qəzzənin şimalındakı bazalarından birini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2019 14:53 Asia/Baku
  • İsrail qırıcıları Qəzzədə müqavimətin bazasını vurdu

İsrail qırıcıları bu gün səhər Fələstin müqavimətinin Qəzzənin şimalındakı bazalarından birini hədəfə alıblar.

Fələstin informasiya mərkəzinin bildirdiyinə görə, İsrailin bir ədəd F16 qırıcısı Qəzzənin şimalında Fələstin müqavimətinin bazasını 2 ədəd raket ilə hədəfə alıb. 

İsrail qırıcıları bir neçə dəqiqə sonra bu bazanı yenidən hədəfə alıblar. 

Bu hücumun insan tələfatı olmayıb. 

İsrail rejimi davamlı olaraq müxtəlif bəhanələrlə Qəzzə zolağının müxtəlif məntəqələrinə  hücum edir. 

İsrail rejimi 2006-cı ildən bəri Qəzzə zolağını mühasirədə saxlayır və bu məntəqəyə ilkin tələbat mallarının daxil olmasına icazə vermir.