Fələstin müqaviməti işğal olunmuş əraziləri raket atəşinə tutub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339909-fələstin_müqaviməti_işğal_olunmuş_əraziləri_raket_atəşinə_tutub
Fələstin müqaviməti bu gün səhər tezdən sionist rejimin Qəzzə zolağına qarşı təcavüzləri və hücumlarına cavab olaraq, işğal olunmuş əraziləri raket atəşinə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2019 07:03 Asia/Baku
  • Fələstin müqaviməti işğal olunmuş əraziləri raket atəşinə tutub
    Fələstin müqaviməti işğal olunmuş əraziləri raket atəşinə tutub

Fələstin müqaviməti bu gün səhər tezdən sionist rejimin Qəzzə zolağına qarşı təcavüzləri və hücumlarına cavab olaraq, işğal olunmuş əraziləri raket atəşinə tutub.

Fələstinli mənbələr bildiriblər ki, Fələstin müqaviməti indiyədək işğal olunmuş ərazilərə tərəf əllidən çox raket atıbdır.

İşğal olunmuş Fələstində yerləşən "Nevatim" hərbi hava limanı,"Hetserim" hava bazası, həmçinin Əsqəlan, Dimona, əl-Nəqəb və "Ber əl-Səbəə" məntəqələri Fələstin müqavimətinin raket hücumları hədəflərinə çevriliblər.

Yerli mənbələr bildiriblər ki, işğal olunmuş Fələstində təhlükə siqnalları səsləndirilib.

Sionistlər Fələstin müqavimətinin raket hücumlarından qorxuya düşüblər.

İnformasiya qaynaqları bildiriblər ki, Fələstin müqavimətinin raket hücumlarında indiyədək onlarla sionist ölüb və ya yaralanıbdır.

Fələstin müqavimətinin raket hücumları sionistlərin son günlər Qəzzə zolağında törətdikləri cinayətlərə cavab olaraq həyata keçirilir.

Sionist rejimin qırıcıları, vertolyotları və artilleriyası cümə günü gecədən bəri Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə almaqdadırlar.

Sionist rejim ordusu dünən gecə bildirdi ki, Qəzzədə yetmiş hədəfə hücum edibdir.

Bu hücumlarda indiyədək azı səkkiz fələstinli şəhid olub, onlarla nəfər də yaralanıbdır.

Fələstinin müqavimət qruplarının birgə əməliyyat otağı bir bəyanatda bildirib ki, sionistlərin cinayətlərinə sərt və möhkəm cavab verəcəkdir.

Fələstin müqaviməti son iki gündə işğal olunmuş ərazilərə tərəf iki yüz ədəddən çox raket atıbdır.