Həniyə: Müqavimətin reaksiyasının şiddəti sionistlərin hücumlarının miqdarı ilə mütənasibdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339960-həniyə_müqavimətin_reaksiyasının_şiddəti_sionistlərin_hücumlarının_miqdarı_ilə_mütənasibdir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri dünən gecə sionistlərin Qəzzə zolağına qarşı geniş hücumlarına və müqavimət qruplarının dağıdıcı cavablarına reaksiyada deyib ki, müqavimətin reaksiyasının şiddəti sionistlərin hücumlarının miqdarı ilə mütənasibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2019 04:12 Asia/Baku
  • Həniyə: Müqavimətin reaksiyasının şiddəti sionistlərin hücumlarının miqdarı ilə mütənasibdir
    Həniyə: Müqavimətin reaksiyasının şiddəti sionistlərin hücumlarının miqdarı ilə mütənasibdir

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri dünən gecə sionistlərin Qəzzə zolağına qarşı geniş hücumlarına və müqavimət qruplarının dağıdıcı cavablarına reaksiyada deyib ki, müqavimətin reaksiyasının şiddəti sionistlərin hücumlarının miqdarı ilə mütənasibdir.

İsmail Həniyə deyib ki, sionistlər yaşayış mənzillərinə hücumla Qəzzə zolağındakı şəraiti böhranlı etməyə çalışırlar. O, qeyd edib ki, müqavimət qrupları düşmənin hücumlarına nəzarət üçün sionistlərə cavab dairəsini genişləndiriblər.

Sionist rejimin qırıcıları, vertolyotları və artilleriyası cümə günü gecədən bəri Qəzzə zolağının müxtəlif məntəqələrini hədəfə almaqdadırlar.

Bu hücumlarda indiyə kimi azı 25 fələstinli şəhid olub, 170 nəfər də yaralanıbdır.

Fələstin səhiyyə nazirliyi bildirib ki, şəhidlər arasında üç qadın, üç uşaq və ik körpə vardır.

Fələstin müqaviməti də sionist rejimin Qəzzə əhalisinə qarşı cinayətlərinə cavab olaraq, indiyədək işğal olunmuş ərazilərə tərəf 600-dən çox raket atıbdır ki, nəticədə azı beş sionist ölüb, yüzdən çox sionist qəsəbə sakini də yaralanıbdır.

Sionist rejim 2017-ci ilin dekabrından Qəzzə zolağına qarşı hava hücumlarının yeni mərhələsinə başlayıbdır.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, hava və dəniz mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.