Netanyahu: Fələstin liderlərinin terror edilməsi İsrailin prioriteti olacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340013-netanyahu_fələstin_liderlərinin_terror_edilməsi_İsrailin_prioriteti_olacaq
İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi günü Fələstin liderlərinin terror edilməsi siyasətini bir daha prioritet olaraq qərar verəcəyini dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2019 06:09 Asia/Baku
  • Fələstin liderlərinin terror edilməsi İsrailin prioriteti ol
    Fələstin liderlərinin terror edilməsi İsrailin prioriteti ol

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi günü Fələstin liderlərinin terror edilməsi siyasətini bir daha prioritet olaraq qərar verəcəyini dedi.

Fələstinin Məa xəbər agentliyinin bildirdiyinə görə, İsrailin baş naziri bazar ertəsi günü bu rejimin siyasi-təhlükəsizlik kabinetinin iclasında İsrailin fələstinli mübarizləri represiya etmək üçün Fələstin liderlərini terror edəcəyini dedi. 

Netanyahu dedi: İsrailin Qəzzəyə olan hücumlarına rəğmən məntəqədə gedən toqquşmalar başa çatmayıb və biz hücumlarımızı artırmaq niyyətindəyik. 

İsrailin baş naziri həmçinin, Qəzzə sərhədlərində yerləşmiş artilleriya bölməsi və hərbi qüvvələrin hazır vəziyyətə gətirilməsini istədi. 

İsrail mənbələrinin bildirdiklərinə görə, bu rejim ilə Fələstinin İslam Müqaviməti Hərəkatı Həmas arasında anlaşma əldə olunmazsa, qarşıdan gələn günlər ərzində Qəzzə yenidən müharibənin şahidi olacaq. 

Müqavimət qüvvələri o cümlədən Həmas və İslami Cihad Hərəkatı sionist düşmənin hücumlarına reaksiya olaraq, işğal olunmuş əraziləri hədəfə alacaqlarını bildiriblər. 

İsrailin ordu komandanlarının bildirdiklərinə görə, ötən iki gündə Qəzzə zolağından işğa edilmiş ərazilərə 700 raket atılıb. 

Fələstinin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ötən iki gündə Fələstinin müqavimət qrupları ilə sionist rejim arasında gedən toqquşmalarda 31 fələstinli şəhid olub, 175 nəfər də yaralanıb.