Sionistlərin etirafı: Sanksiyalara rəğmən müqavimətin raket qüdrəti böyükdür
-
Sionistlərin etirafı: Sanksiyalara rəğmən müqavimətin raket qüdrəti böyükdür
Sionist dairələr və analitiklər Fələstin müqavimətinin yüksək raket qüdrətinə malik olduğunu təsdiq və etiraf ediblər: Fələstin müqavimətinin raket qüdrəti sanksiyalara rəğmən bir neçə dəfə artıb.
Müqavimət qrupları Qəzzə zolağının 13 ildir ki, mühasirədə olmasına rəğmən son döyüşlərdə keyfiyyət və say baxımından xeyli inkişaf etdirilmiş yerli istehsal olan raketlərdən istifadə etməklə sionist rejimin cinayətlərinə cavab olaraq, 650-dən çox raket ilə işğal olunmuş əraziləri hədəfə alıblar.
Sionist dairələrin bildirdiklərinə görə, "Dəmir Qübb" raket əleyhinə müdafiə sistemi raketlərdən 170-ni öncədən məhv etməyə nail olub. 30-dan çox raket isə sionist sakinli yaşayış ərazilərinə düşüb.
İsrail baş nazirinin sabiq təhlükəsizlik müşaviri Yakob Əmidroz "Yerusəlim Post" qəzetinə verdiyi müsahibədə Fələstin müqavimətinin raket qüdrətini etiraf edərək, "Dəmir Qübbə" raket əleyhinə müdafiə sisteminin bu raketləri önləməkdən aciz olduğunu bildirib və deyib: Əgər bir raket bir neçə kilometrdən daha yaxın məsafədən atılarsa, bizim onu önləmək üçün kifayət qədər zamanımız olmur.