Sionistlərin hücumlarında Qəzzədə 800 mənzili dağıdılıb
May 07, 2019 17:01 Asia/Baku
-
Sionistlərin hücumlarında Qəzzədə 800 mənzili dağıdılıb
Fələstinin əmək və məskən nazirinin müavini sionist rejimin Qəzzəyə olan hücumlarında 13 məktəb və 800 mənzilin dağıdılmasından xəbər verib.
Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Naci Sərcan sionistərin Qəzzəyə olan hücumlarında dəymiş son zərər və ziyanla bağlı yekun hesabatında bildirib: 700-dən çox mənzilə cüzi zərər və ziyan dəyib. 100 mənzil isə tamamilə dağılıb.