Yəmənin şimalında 20 səud muzduru ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340078-yəmənin_şimalında_20_səud_muzduru_ölüb_və_yaralanıb
Təcavüzkar səud-əmirliklər koalisiyasının tabeliyində olan yarımhərbçi ünsürlərin böyük bir qrupu dünən Yəmənin şimalında yerləşən əl-Cuf vilayətində Ənsarullah və Yəmən ordusu qüvvələrilə qarşıdurmada ölüb və yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2019 11:18 Asia/Baku
  • Yəmənin şimalında 20 səud muzduru ölüb və yaralanıb
    Yəmənin şimalında 20 səud muzduru ölüb və yaralanıb

Təcavüzkar səud-əmirliklər koalisiyasının tabeliyində olan yarımhərbçi ünsürlərin böyük bir qrupu dünən Yəmənin şimalında yerləşən əl-Cuf vilayətində Ənsarullah və Yəmən ordusu qüvvələrilə qarşıdurmada ölüb və yaralanıbdır.

Yəmənli qüvvələr ötən bazar günü də Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran və Cazan məntəqələrində bir əməliyyat keçiriblər. Nəticədə səud koalisiyasının tabeliyində olan 51 yarımhərbçi ölüb və yaralanıbdır.

Səud koalisiyasının Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə bu ölkəyə qarşı hücumları beş ildir ki, davam edir və Yəmən əhalisindən minlərlə nəfərin dünyasını dəyişməsi və yaralanması ilə nəticələnibdir.