Qanunsuz sionist qəsəbələrin salınması haqda BMT TŞ-nin xüsusi iclası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340182-qanunsuz_sionist_qəsəbələrin_salınması_haqda_bmt_tŞ_nin_xüsusi_iclası_keçirilib
Küveyt, İndoneziya və Cənubi Afrikanın xahişi ilə fələstinli məntəqələrdə qanunsuz sionist qəsəbələrin salınması haqda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2019 06:55 Asia/Baku
  • Qanunsuz sionist qəsəbələrin salınması haqda BMT TŞ-nin xüsusi iclası keçirilib

Küveyt, İndoneziya və Cənubi Afrikanın xahişi ilə fələstinli məntəqələrdə qanunsuz sionist qəsəbələrin salınması haqda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının xüsusi iclası keçirilib.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bu iclasda fələstinli məntəqələrdə sionist qəsəbələrin genişlənməsindən nigarançılıq edərək, deyib ki, hazırda bu qəsəbələrdə 600 mindən çox sionist yaşayır.

Təl-Əviv son illərdə fələstinli məntəqələrin demoqrafik strukturu və coğrafi quruluşunu sionistlərin xeyrinə dəyişmək üçün ABŞ-ın dəstəyilə işğal olunmuş məntəqələrdə sionist qəsəbələrin genişləndirilməsi proqramını şiddətləndiribdir.