May 16, 2019 17:18 Asia/Baku
  • Sionistsayağı insan haqları

Sionist rejimin məhkəmə aparatı bir fələstinlinin evini yandıraraq, 18 aylıq südəmər körpəni və onun ata-anasını diri-diri odda yandırmış sionist qatili qəsdən adamöldürmə ittihamından azad edib. Bu cinayətlər dörd il bundan öncə Nablusdan cənubda yerləşən Duma kəndində baş veribdir.

Dörd il bundan öncə Duma kəndində bir ev yandırıldı. Südəmər körpə- Əli, ata-anası ilə yanaşı bu sionist qəsəbə sakininin küdurət alovunda yandı və bu gün sionist rejim məhkəməsi bu sionist qəsəbə sakininə bəraət qazandırır və o, dörd il bundanöncəki təbəssümü ilə insan haqlarını lağa qoyur.

Kişi(müsahibə): Bu cinayət amilinin bəraət qazanması hadisə günü kimi bzim üçün kədərli idi. Əlbəttə, Dəvabişə ailəsi qatilinin bəraət qazacağı gözlənilirdi, çünki işğalçı rejimdə məhkəmə hakimi və qatil bir sikkənin iki üzüdürlər.

Bu hadisədən yeganə salamat qurtaran kəs, uzunmüddətli müalicə səfərindən sonra evə qayıtmış və hazırda ailəsinin yoxluğunda anasının cəddinin evində yaşayan Əhməddir.

Qərb sahilindən tutmuş Qəzzəyədək fəaliyyət göstərən bütün fələstinli qrup və cərəyanlar sionist məhkəmənin qərarını pisləyiblər. Bu hökm göstərir ki, işğalçı rejimin məhkəmələri sionist qəsəbə sakinlərinin cinayət törətmələrinə zəmin yaradırlar.

Kişi(müsahibə): Əhməd həqiqəti başa düşüb və bu barədə daha artıq şeylər öyrənmək istəyir. O deyir ki, həmişə ata-anasını yuxuda görür.

Sionist rejim məhkəməsinin hökmü Dəvabişə ailəsinin 2015-ci ildə yandırılması cinayətinə əlavə olunan digər bir cinayətdir.

Teqlər