Hələbdə on fələstinli şəhid olub
May 17, 2019 13:24 Asia/Baku
Cibhətunnusrə terrorçularının Suriyanın Hələb şəhərində yerləşən fələstinli didərginlər düşərgəsinə qarşı raket hücumu nəticəsində on fələstinli şəhid olub.
Dünən axşam keçirilmiş bu hücumda şəhidlərin arasında dörd fələstinli uşaq da olubdur.
Bu raket hücumunda azı otuz fələstinli də yaralanıbdır.
Yaralılardan bəzilərinin cismani durumu ağırdır.