Əl-Aləm: Ali-Səudun son cinayətində bir ailənin üzvlərinin ölməsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340543-Əl_aləm_ali_səudun_son_cinayətində_bir_ailənin_üzvlərinin_ölməsi
Sudiyyə qırıcılarının Yəmənin paytaxtı Sənada törətdikləri son cinayət bir ailənin bütün üzvlərinin şəhid olmasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2019 05:58 Asia/Baku
  • Əl-Aləm: Ali-Səudun son cinayətində bir ailənin üzvlərinin ölməsi
    Əl-Aləm: Ali-Səudun son cinayətində bir ailənin üzvlərinin ölməsi

Sudiyyə qırıcılarının Yəmənin paytaxtı Sənada törətdikləri son cinayət bir ailənin bütün üzvlərinin şəhid olmasına səbəb olub.

Yəmənin Səhiyyə Nazirliyi bildirib ki, bu hücumda ən azı 77 yəmənli ölüb və yaralanıb. Hadisə qurbanlarının hamısı qadınlar və  uşaqlardırlar. Bu hücumlar həmçinin, Yəmən xalqının evlərinə və mal varlığına da ciddi zərər və ziyanlar vurub. Bu son cinayətdə Sənanın yaşayış məntəqələri hədəfə alınıb. Xilasedici qruplar ölən və yaralanan insanların xəstəxanaya köçürülməsinə çalışırlar. İtkin düşənlərini tapılması üçün axtarışlar davam edir.

 

Tahir Əl-Mütəfəkkil - Yəmənin səhiyyə naziri: "Sənadakı özəl və dövlət xəstəxanalarına onlarla cəsəd və yaralı köçürülüb. yaralılar arasında Rusiya və Somali kimi digər ölkələrin də vətəndaşları var." 

 

Bu hücumlarda yəmənlilərin evləri və mal varlıqlarına da ciddi zərər və ziyanlar dəyib. Evlərin çoxu qədim və tarixi evlərdirlər. Bu hücum əhali arasında da qorxu və dəhşətə səbəb olub. 

 

Paytaxt sakinlərindən biri deyir: "Səudiyyəlilər Allahdan və onun peyğəmbərindən(s) qorxmurlar. Amma, necə olur ki, dünyanın ən pak torpaqlarında hökmranlıq edir, özlərini Şərif Hərəmlərin xidmətkarı elan edirlər. Onlar Allah və peyğəmbərin(s) düşmənlərinin xidmətkarıdırlar. Onlar Amerika və İsrailin nökərləridirlər. 

 

Bu hücum Yəmən ordusunun Səudiyyə Ərəbistanının neft təssisatlarına hücum etməsindən iki gün sonra baş verib. Səudiyyə rejimi bu hücumun ardınca həmişə olduğu kimi müdafiəsiz və günahsız insanları qırğın etməklə intiqam almağa çalışıb. 

Reportajı hazırlayan: Xalid Əl-Saidi, Əl-Aləm kanalının müxbiri