Suriyanın hava hücumundan müdafiə sisteminin parıldayan əşyaya reaksiyası
-
Suriyanın hava hücumundan müdafiə sisteminin parıldayan əşyaya reaksiyası
Suriyanın hava hücumundan müdafiə sistemi işğal olunmuş ərazilərdən Suriya səmasına daxil olan parıltılı cismləri hədəfə alıb və onların bir neçəsini vuraraq, yerə salıb.
Suriya televiziyası bu ölkə ordusunun hava hücumundan müdafiə sisteminin işğal olunmuş ərazilərdən atılan parıltılı cismlərə vaxtında reaksiya göstərdiyini və onlardan bir neçəsini vuraraq, məhv etdiyini bildirib.
Suriyanın hərbi mənbələri Dəməşq səmasına daxil olan düşmən obyektin İsrailə məxsus bir PUA olduğunu bildiriblər.
Raşa Tudey Ərəb kanalı da Suriyanın hərbi qaynaqlarına istinadla paytaxt Dəməşqin cənub-qərbində müşahidə olunan parıltılı cisimlərin İsrailin pilotsuz uçan aparatı olduğunu bildirib. Bu PUA işğal altında olan Cövlan yüksəkliklərindən havaya qalxdıqdan sonra SUriyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurularaq, yerə salnıb.
Ehtiyatda olan general Heysəm Həsun Suriya televiziyasının qonağı olaraq, deyib: Bu parıldayan cismin Suriyanın hava hücumundan müdafiə sistemini dəyərləndirmək üçün kəşfiyyat məqsədilə göndərdildiyini düşünürəm.