Əbdülmalik Əl-Husi: Səudiyyə koalisiyasının cinayəti Yəmən xalqının iradəsinə təsir edə bilməyəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340546-Əbdülmalik_Əl_husi_səudiyyə_koalisiyasının_cinayəti_yəmən_xalqının_iradəsinə_təsir_edə_bilməyəcək
Yəmənin Ənsarullah hərəkatının baş katibi şənbə günü səhər dedi: Səudiyyə koalisiyasının intensiv cinayətləri Yəmən xalqının iradəsinə xələl gətirə bilməyəcək. Əksinə yəmənlilərin düşmənin təcavüzləri qarşısında daha artıq müqavimət göstərməsinə səbəb olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 18, 2019 06:50 Asia/Baku
  • Əbdülmalik Əl-Husi: Səudiyyə koalisiyasının cinayəti Yəmən xalqının iradəsinə təsir edə bilməyəcək
    Əbdülmalik Əl-Husi: Səudiyyə koalisiyasının cinayəti Yəmən xalqının iradəsinə təsir edə bilməyəcək

Yəmənin Ənsarullah hərəkatının baş katibi şənbə günü səhər dedi: Səudiyyə koalisiyasının intensiv cinayətləri Yəmən xalqının iradəsinə xələl gətirə bilməyəcək. Əksinə yəmənlilərin düşmənin təcavüzləri qarşısında daha artıq müqavimət göstərməsinə səbəb olacaq.

İRNA-nın məlumatına görə, Əbdülmalik Əl-Husi dünyada törədilən ən çirkin və dəhşətli cinayətlərin altında Səudiyyə koalisiyasının imzası olduğunu bildirərək, dedi: Səudiyyə koalisiyasının cümə axşamı paytaxt Sənada törətdiyi cinayət təcavüzkarların həqiqi simasını ifşa edən faktdır. 

Əl-Husi həmçinin dedi: Səudiyyə koalisiyası Yəmənə olan təcavüzlərinin elə ilk günlərindən Yəmənin müsəlman xalqına qarşı öz düşmənçiliyini nümayiş etdirdi və bu cinayətkar koalisiyanın başlıca qurbanlarının qadınlar, uşaqlar və sivil əhali olacağını sübut etdi. 

Səudiyyə koalisiyası cümə axşamı Yəmənin paytaxtı Sənada yaşayış məntəqəsini bombardman etdi. Nəticədə 4-ü uşaq və 2-si kişi olmaqla bir ailənin 6 üzvü şəhid oldu. Bu cinayət nəticəsində 71 nəfər də xəsarət alıb. Onlardan 27-si uşaq, 17-si qadın və 27-si kişidir. 

Bu hücumda bir çox yaşayış binası dağıdılıb. 

Ərəbistan ABŞ, BƏƏ və bir neçə Qərb və Ərəb ölkəsinin dəstəyi ilə 2015-ci ilin martında Yəmənə qarşı hərtərəfli müharibəyə başlayıb. İndiyə kimi bu savaşda on minlərlə insan ölüb və yaralanıb, milyonlarla nəfər didərgin düşüb. Ölkə xarabalığa çevrilib. Havadan, qurudan və dənizdən mühasirədə saxlanılan Yəmən acllıqdan əziyyət çəkir.