Təl-Əvivdə yanğın
May 18, 2019 07:36 Asia/Baku
-
Təl-Əvivdə yanğın
İsrail ordusunun Təl-Əvivdəki bazasında yanğın çıxıb.
İRNA-nın məlumatına görə, İsrail ordusunun sözçüsü Ronen Matlis cümə günü axşam Təl-Əvivdəki hərbi bazada yanğının baş verməsinə dair xəbərləri təsdiq edərək, dedi: Hadisə Təl-Həşumer hərbi bazasında baş verib.
İsrail mediaları hadisənin detallarına işarə etmədən Təl Həşumer bazasından güclü partlayış səslərinin gəldiyini yazıblar. Yanğın ciddi zərər və ziyanlara yol açıb.
Yayılan görüntülərdən aydın olur ki, Təl Həşumer bazasından qalın tüstü dumanı yüksəlir.
İsrail ordusunun Təl Əvivdəki bazası müdafiə qüvvələrinin əsas bazası və hərbi hospitalların yerləşdiyi ərazidir.
İndiyə k imi yanğının səbəblərinə dair açıqlama verilməyib.