Prezident Maduronun iştirakı ilə Venesuela ordusunun "Sədaqət Yürüşü"
-
Prezident Maduronun iştirakı ilə Venesuela ordusunun "Sədaqət Yürüşü"
Venesuela ordusu bu ölkə prezidentinin də iştirak etdiyi "Sədaqət Yürüşü" adlı yürüşdə iştirak edib.
Sputnik informasiya agentliyinin bildirdiyinə görə, Venesuela ordusu prezident Nikolas Maduronun Araqua ştatına olan səfəri zamanı "Sədaqət Yürüşü" təşkil edib və ABŞ-ın müdaxilələrinə qarşı şüarlar verib.
Venesuela prezidenti də ordu komandanları və hərbi təchizatlar ilə yanaşı bu yürüşdə iştirak edib.
Prezident Nikolas Maduro həmçinin, ordunun yüksək rütbəli komandanlarını mükafatlandırıb və yürüş iştirakçıları qarşısında etdiyi çıxışda ABŞ-ın imperialist siyasətlərini tənqid edib.
Venesuela prezidenti Nİkolas Maduro Araqva ştatında 6500 hərbçinin qarşısında etdiyi çıxışda dedi: Sülhün bərqərarı üçün anlaşmanın əldə edilməsi məqsədilə çox yaxşı müzakirələrə start verilib və mən Venesuela xalqının, sülh yolunda addımlamaq üçün dəstək olmasını istəyirəm.