May 24, 2019 11:07 Asia/Baku
  • İsraildə meşə yanğınları: bir sıra qəsəbələr təxliyə olundu
    İsraildə meşə yanğınları: bir sıra qəsəbələr təxliyə olundu

İşğal edilmiş Fələstinin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.

İRİB-nin bildirdiyinə  görə, bu barədə sionist rejimin polisi məlumat verib.

Məlumata əsasən, yanğınlar Qüds və Modiin şəhərlərində baş verib. Yanğının yayılmasına əsas səbəb cümə axşamı günündən başlayan quru və isti havadır.

Sionist rejimin polis orqanlarının rəsmisi Miki Rozenfeld bildirib: "Polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışır. Yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub".

Qeyd edək ki, yerüstü vasitələrlə yanaşı, yanğınla xüsusi aviasiya mübarizə aparır.

Hava şəraitindən başqa, vəziyyəti Laq ba Ömər yəhudi bayramı çətinləşdirib. Bu bayram zamanı yəhudilər qədim ənənəyə sadiq qalaraq çoxsaylı tonqallar qalayırlar.

Teqlər