May 25, 2019 19:07 Asia/Baku
  • Terrorçuların Nəbl və Əz-Zəhra şəhərlərinə hücumları uğursuz alındı
    Terrorçuların Nəbl və Əz-Zəhra şəhərlərinə hücumları uğursuz alındı

Ən-Nüsrə Cəbhəsinə bağlı Təhrir Əş-Şam terror qruplaşması Hələbin şimalında yerləşən şiə sakinli Nəbl və Əz-Zəhraşəhərlərinə hücumu uğursuz alnıb.

İRNA-nın məlumatına görə, yerli mənbələr bildirirlər: Suriya ordusu və xalq qüvvələri cümə günü axşam Ən-Nüsrə Cəbhəsi terrorçularının və müttəfiq qüvvələrinin Hələb şəhərinin şimalında yerləşən Biyanun qəsəbəsi istiqamətindən Əz-Zəhra şəhərinə qarşı hücumunu önləyiblər. Mərəsəlxan kəndinin ətrafında gedən döyüşlərdə bir qrup terrorçu məhv edilib. 

Ötən aylarda terrorçular Suriya ordusu ilə savaşda ardıcıl məğlubiyyətlərinin ardınca yaşayış məntəqələrinə qarşı raket və mina atanlardan istifadəedərək, terror hücumları həyata keçirirlər. Bu hücumlarda çoxlu sayda sivil vətəndaş o cümlədən qadın və uşaq həlak olub. 

Suriya ötən 7 ildə vətəndaş müharibəsi və terrorçu qrupların hücumlarının şahidi olub. Qərb-Ərəb dövlətlərinin himayəsində olan terrorçular indiyə kimi Suriyada yüz minlərlə insanı qırğın edib, milyonlarıinsanı didərgin salıblar. 

 

Teqlər