Yəmənin Həccə vilayətində səudiyyə muzdlularının mövqeləri raketlə hədəfə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341412-yəmənin_həccə_vilayətində_səudiyyə_muzdlularının_mövqeləri_raketlə_hədəfə_alınıb
Yəmən ordusu və xalq komitələri dünən gecə səudiyyə muzdlularının Həccə vilayətinin Hiran bölgəsindəki mövqelərini bir neçə raketlə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 04:44 Asia/Baku
  • vilayətində səudiyyə muzdlularının mövqeləri raketlə hədəfə alınıb
    vilayətində səudiyyə muzdlularının mövqeləri raketlə hədəfə alınıb

Yəmən ordusu və xalq komitələri dünən gecə səudiyyə muzdlularının Həccə vilayətinin Hiran bölgəsindəki mövqelərini bir neçə raketlə hədəfə alıblar.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələri bildiriblər ki, bu raketlər nəzərdə tutulan hədəfi diqqətlə vurub. Bu raket hücumunda onlala səudiyyə muzdlusu öldürülüb və yaralanıb. 

Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini General Əli Əl-Muşəki son vaxtlar bildirmişdi ki, yəmənli qüvvələr heç bir təcavüzkarın Yəməndən diri çıxmasına imkan verməyəcəyi barədə öz üzərinə öhdəlik götürüb. 

Səudiyyə rejimi tərəfindən Yəmənin hərtərəfli mühasirəyə alınmasına rəğmən bu ölkənin ordusu və xalq komitələrinin günü gün-gündən artmaqdadır.