Sionist rejim parlamentinin buraxılması layihəsi qəbul edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341413-sionist_rejim_parlamentinin_buraxılması_layihəsi_qəbul_edilib
Knessetin üzvləri dünən gecə parlamentin buraxılmasına səs veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2019 04:46 Asia/Baku
  • rejim parlamentinin buraxılması layihəsi qəbul edilib
    rejim parlamentinin buraxılması layihəsi qəbul edilib

Knessetin üzvləri dünən gecə parlamentin buraxılmasına səs veriblər.

Fələstin xəbər agentliyi sionist mənbələrə istinadla bildirib ki, Benyamin Netanyahunun növbəti nazirlər kabinetini təşkil etməkdə aciz qalmasından sonra Knesset nümayəndələri dünən gecə ilkin mərhələdə 43 əleyhinə və 6 bitərəf səs qarşılığında 65 lehinə səslə parlamentin buraxılmasına səs veriblər.

Parlamentin rəsmən buraxılması üçün bu layihə başqa iki dəfə də parlamentdə təsdiq olunmalıdır. 2 növbəti səsvermənin cari həftənin sonunadək reallaşacağı gözlənilir. 

Bu həftənin çərşənbə günü sionist reimin başçısı Ruvin Riolinin nazirlər kabinetinin təşkili barədə Benyamin Netanyahuya verdiyi 42 günlük möhləti sona çatacaq. 

Netanyahu kabineti təşkil etmək üçün parlamentdə 65 səsə malik olmalıdır ancaq o son 3 ayda buna qadir olmamışdır. 

Knessetin son seçkilərində Likud partiyası ABŞ dövlətinin və Trampın Netanyahunun növbəti qələbəsini hərtərəfli dəstəkləməsinə rəğmən səslərin 3 faizini qazanaraq 36 yerə yiyələndi, Mavi və Ağ partiyaları da 35 yer qazandılar.