Yəmənli qüvvələr Səudiyyə muzdlularının bir neçə mövqeyini ələ keçirdilər
May 28, 2019 10:44 Asia/Baku
-
Yəmənli qüvvələr Səudiyyə muzdlularının bir neçə mövqeyini ələ keçirdilər
Yəmənli qüvvələr təcavüzkarların cinayətlərinə cavab olaraq, Təiz vilayətinin cənubunda, Hayfan məntəqəsində Səudiyyə muzdlularının 7 qərargahını ələ keçiriblər.
İRİB-nin bildirdiyinə görə, Yəmən ordusu və xalq qüvvələri bu əməliyyatda bir qrup Səudiyyə muzdlusunu Hayfan məntəqəsində öldürüb və yaralayıblar.
Yəmən ordusu və xalq qüvvələri həmçinin, Ərəbistanın Əsir vilayətində yerləşən Ələb keçidinə nəzarəti ələ keçiriblər.
Əl-Cəvf vilayətində də təcavüzkarların bir neçə hərbi maşını Yəmən ordusu və xalq qüvvələri tərəfindən məhv edilib.