Bəhreyn konfransına etiraz
-
Bəhreyn konfransına etiraz
Fələstinin Qanunvericilik Şurası "Əsrin an laşması" adlı amerikan plan çərçivəsində keçirilməsi planlaşdırılmış Manama iqtisadi forumunu boykot edərək, Fələstin məsələsinin həll edilməsi üçün aydın müqavimət strategiyasının seçilməsini istədi.
Əl-Minar kanalının bildirdiyinə görə, Fələstinin Qanunvericilik Şurası"Əsrin anlaşması" planının mənfi nəticələrini araşdırmaq və Bəhreyndə keçiriləcək iqtisadi forumun təsirlərini öyrənmək üçün Qəzzədə iclas təşkil edib.
İclas iştirakçıları Manama iqtisadi forumunun "Əsrin Anlaşması" planının tərkib hissəsi olduğunu bildirərək, onun baykot edilməsini istəyiblər.
Fələstinin Qanunvericilik Şurasının bu qərarı fələstinli qruplar və ümumilikdə Fələstin xalqının "Əsrin anlaşması" planına qarşı mövqeyini nümayiş etdirir.