Netanyahu nazirlər kabinetini təşkil edə bilmədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341562-netanyahu_nazirlər_kabinetini_təşkil_edə_bilmədi
Sionist rejimin parlamenti çərşənbə günü axşam baş nazir Benyamin Netanyahunun nazirlər kabinetinin təşkil edilməsindəki uğursuzluğunun ardınc parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsinə səs verdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2019 11:23 Asia/Baku
  • Netanyahu nazirlər kabinetini təşkil edə bilmədi
    Netanyahu nazirlər kabinetini təşkil edə bilmədi

Sionist rejimin parlamenti çərşənbə günü axşam baş nazir Benyamin Netanyahunun nazirlər kabinetinin təşkil edilməsindəki uğursuzluğunun ardınc parlamentin buraxılması və yenidən seçkilərin keçirilməsinə səs verdi.

İRNA-nın məlumatına görə, İsrail Knessetinin 74 lehinə və 45 əleyhinə səslə qəbul etdiyi bu qərara əsasən 17 sentyabrda təkrar seçkilər keçiriləcək.

Bu sionist rejimin tarixində ilk dəfədir ki. seçkilərdə qələbə çalan partiya nazirlər kabinetini təşkil edə bilm ir.

Bu uğursuzluğun ardınca Netanyahu öz məğlubiyyətini əsaslandırmaq üçün gələn seçkilərdə qələbə çalacağını dedi.

Netanyahunun əsas rəqibi sayılan Beni Qatis isə Knessetdə çıxış edərək, Netanyahunu "uduzmuş" adlandırdı

Netanyahu nazirlər kabinetini təşkil etmək üçün Knessetin 65 yerinə ehtiyaclı idi. Amma, buna nail ola bilmədi.

9 apreldə keçirilən seçkilərdə Netanyahunun partiyası olan Likud ABŞ prezidenti Donald Trampın hərtərəfli dəstəyi ilə sadəcə 36 yerə sahib olmağı bacarmışdı.

Beni Qatisin başçılıq etdiyi mavi-ağ koalisiyası isə bu seçkilərdə 35 yer əldə etmişdi.

Netanyahu korrupsiyada ittiham olunduğu və 4 cinayət işində müttəhim olduğu üçün ciddi tənqidlər ilə üzləşib. Müxalifətdə olan qüvvələr Netanyahunun siyasi karyerasını bitmiş hesab etsələr də, ABŞ prezidenti Donald Trampın qanunsuz hərəkətləri o cümlədən hazırda işğal altında olan Suriyanın Cövlan yüksəkliklərini İsrail ərasizi kimi tanıması və İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ı terrorçu elan etməsi ilə Netanyahunun seçkilərdə qələbə çalmasına şərait yaratdı.

Tramp bu kimi hərəkətlər ilə Netanyahunun qələbə çalmasının sion istlərin xeyrinə olduğu mesajını vermək istəm işdi.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və bir sıra digər tanınmış sima Trampın qanunsuz hərəkətlərini Netanyahu üçün bir hədiyyə adlandırırlar.