İyun 01, 2019 11:02 Asia/Baku
  • Yəmən xalqı ümumdünya Qüds günü yürüşündə geniş iştiraka malik olub
    Yəmən xalqı ümumdünya Qüds günü yürüşündə geniş iştiraka malik olub

Yəmən xalqı ümumdünya Qüds günü münasibətilə paytaxt Sənada və daha 12 şəhərdə küçələrə axın edərək, Ərəbistanda keçirilən iclasları tənqid etməklə yanaşı, bir daha Qüds və Fələstinə sədaqətlərinə təkid etdi.

İRNA-nın məlumatına görə, Yəmənin Əl-Məsirə kanalı bildirib: Yəmən xalqı mübarək Ramazan ayının son cüməsində paytaxt Sənada və digər şəhərlərdə o cümlədən Sədə və Əl-Hüdəydədə Qüds günü yürüşündə iştirak edərək, "Əsrin anlaşmasına və Trampa "Yox"" şüarı verib.

Yəmən xalqı həmçinin, ötən gün Məkkədə keçirilən iclas ilə müxalifətini elan edərək, bildirib: Bu iclasların başlıca məqsədi Yəmən xalqına qarşı təcavüzlərin davam etməsinə şərait yaratmaq və Fələstin və Qüdsün sionistlərə satılması ilə müxalif olanlara təzyiqin göstərilməsi olub. 

Teqlər