İşğal olunmuş Fələstindən əks-mühacirət artıb
-
İşğal olunmuş Fələstindən əks-mühacirət artıb
Sionist medialar işğal olunmuş Fələstindən əks-mühacirətin artmasından xəbər veriblər.
Sionist Haarets qəzetinin məlumatına görə, sionist rejimin iqtisadi eksperti Dan Ben Devid "Sionist qəsəbə sakinlərinin mühacirəti" adlı bir hesabatda bildirib ki, işğal olunmuş ərazilərdən mühacirət miqdarı narahatçılığa səbəb olub. O, deyib ki, hər bir universitet şəxsiyyətinin işğal olunmuş Fələstinə daxil olması qarşılığında dörd nəfər mühacirət edir.
Sionist rejimin statistika idarəsinin mərkəzi ofisi 2017-ci ilin avqustunda sionist cəmiyyətin əhali problemlərinin bu rejimin təhlükəsizilik, iqtisadi və ictimai səviyyələrindəki mənfi təsirlərinə toxunaraq, bildirib ki, işğal olunmuş Fələstin ərazilərindəki əks-mühacirət miqdarı bu ərazilərə mühacirət ilə müqayisədə ikiqat artıbdır.
Sionist rejimin regiondakı militarizmi, yəhudilərə yalan vədlər verməsi və ardıcıl şəkildə fələstinli qruplara məğlub olması sionistlərin əks-mühacirətlərinin amillərindən elan olunubdur.