Suriyanın "T-4" hava limanı raket hücumuna məruz qalıb
-
Suriyanın "T-4" hava limanı raket hücumuna məruz qalıb
Suriya mediaları bu gün səhər tezdən Hums vilayətində yerləşən "T-4" hərbi hava limanına qarşı raket hücumundan xəbər veriblər.
Suriya ordusu bu raket hücumuna cavab veribdir.
Bu xəbəri verən Suriyanın rəsmi SANA informasiya agentliyinin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemi bir neçə raketin izinə düşərək, onları məhv edibdir.
Bu hücumda bir sursat anbarı məhv edilib, Suriya ordusunun bir əsgəri ölüb və iki nəfər də yaralanıbdır.
Bəzi medialar bildiriblər ki, sionist rejim, bu raket hücumunu həyata keçiribdir.
Hums vilayətinin Palmira şəhərinin qərbində yerləşən "T-4" hərbi hava limanı regionda terror qrupları ilə əsas mübarizə mərkəzidir.
Sionist rejim dünən səhər tezdən də paytaxt Dəməşqin, eləcə də Suriyanın cənubunda yerləşən Qunəytrə şəhərinin şərq ətrafını hədəfə almışdı.
Sionist rejim daim terrorçulara dəstək və dayaq olmaq üçün Suriyanın infrastrukturlarını və bu ölkə ordusunun mövqelərini hədəfə alır.