İdlibin cənubunda ilk məntəqə azad edilib
İyun 04, 2019 07:42 Asia/Baku
-
İdlibin cənubunda ilk məntəqə azad edilib
Suriyanın ordu qüvvələri terrorçuları geri oturdaraq, İdlib vilayətinə daxil ola və İdlibin cənub ətrafındakı əl-Qəssabiyyə kəndinə yiyələnə biliblər.
Suriyanın ordu qüvvələri dünən Həmah vilayətinin şimalındakı "Kəfər Nəbudə" kəndi səmtindən irəliləyərək, İdlib vilayətindəki əl-Qəssabiyyə kəndinə daxil ola biliblər.
Birbaşa döyüşlərdən öncə Suriya ordusunun artilleriya və aviasiyası terrorçuların bu məntəqədəki mövqelərini hədəfə alıblar.
Son həftədə Cibhətunnusrə terrorçuları "Kəfər Nəbudə"ni yenidən işğal etmək üçün əl-Qəssabiyyə kəndindən çoxlu sayda hücum həyata keçiriblər. Bir çox intihar avtomobili də bu kənddən təchiz olunurmuş.