İyun 06, 2019 10:28 Asia/Baku
  • Fələstin müqavimət komitələri İnqilab Rəhbərinin mövqeyini yüksək dəyərləndiriblər

Fələstin müqavimət komitələrinin sözçüsü dünən İslam İnqilabının Böyük Rəhbərinin ABŞ və sionist rejimin Fələstin amalına qarşı yeni fitnələri qarşısındakı mövqeyini yüksək dəyərləndirib.

Əbu Mucahid Livanın əl-Minar telekanalı ilə müsahibədə böyük fitnə qarşısında dayandıqları üçün İslam İnqilabının Böyük Rəhbərinə və İran İslam Respublikasına salam göndərib və deyib: İran yeganə ölkədir ki, bu fitnə qarşısında rəsmi mövqe tutub və aşkar surətdə Fələstin amalına dəstəyini elan edir.

İslam İnqilabının Böyük Rəhbəri dünən səhər İmam Xomeyni(r.ə.) adına müsəllada keçirilən səadətli fitir bayramı namazının xütbələrində ”əsrin sövdələşməsi”nin İslama qarşı böyük xəyanət olduğunu vurğulayaraq, buyurdular ki, ”əsrin sövdələşməsi” adlı plan heç vaxt nəticəyə çatmayacaqdır.

 

 

Teqlər