Netanyahu dövrünün sonu üçün əks-sayılış başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342128-netanyahu_dövrünün_sonu_üçün_əks_sayılış_başlanıb
Sionist Haarets qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu dövrünün sonu üçün əks-sayılış başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2019 08:16 Asia/Baku
  • Netanyahu dövrünün sonu üçün əks-sayılış başlanıb
    Netanyahu dövrünün sonu üçün əks-sayılış başlanıb

Sionist Haarets qəzeti yazıb ki, sionist rejimin baş naziri Benyamin Netanyahu dövrünün sonu üçün əks-sayılış başlanıb.

Netanyahunun cinayət məsələləri və korrupsiya üzrə təhlükəli işlərdə ittiham olunduğunu bildirən Haarets qəzeti sonra belə yazıb: Sabah Netanyahunun beşinci nazirlər kabineti işə başlamalı idi, amma onun bu kabinetin təşkilindəki uğursuzluğu ilə Netanyahu dövrü artıq bitibdir.

Bu məlumata görə, Netanyahu sionist rejimin nazirlər kabinetinin təşkilində uğursuz qalan üçüncü baş nazirdir. Qəzet yazıb ki, onun növbədənkənar seçkilərin keçirilməsində məqsədi, korrupsiya ittihamlarından sonra da baş nazirlikdə və hakimiyyətdə qalmaqdır.

Bundan qabaq Şimon Pres 1990-cu ildə, Tsippi Livni isə 2008-ci ildə belə bir vəziyyəti təcrübədən keçirmişdilər.

Benyamin Netanyahu son parlament seçkilərində qalib gəlsə də yeni nazirlər kabinetinin təşkilində nakam qaldı və bu üzdən, sionist rejim parlamenti-knesset-in üzvləri ilk səsvermədə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə səs verdilər.