Yəmən ordusu Ərəbistanın "Əbha" hava limanına raket hücumu edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342290-yəmən_ordusu_Ərəbistanın_Əbha_hava_limanına_raket_hücumu_edib
Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən Ərəbistanın cənubunda yerləşən Əbha hava limanını Kruz raketi ilə hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2019 13:51 Asia/Baku
  • Yəmən ordusu Ərəbistanın
    Yəmən ordusu Ərəbistanın "Əbha" hava limanına raket hücumu edib

Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən Ərəbistanın cənubunda yerləşən Əbha hava limanını Kruz raketi ilə hədəfə alıblar.

Yəmənli mənbələr bildiriblər ki, bu raket diqqətlə hədəfə dəyibdir.

Əlaləm telekanalı da Yəmənin ordusu və xalq komitələrindəki məlumatlı bir mənbəyə istinadla yəmənlilərin "Əbha" hava limanına qarşı raket hücumundan sonra bu hava limanında uçuşların dayandırılmasından xəbər veribdir.

Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən həmçinin "Zəlzal-1" tipli yerli ballistik raketlə səud muzdurlarının Yəmənin mərkəzindəki Əlbiyza əyalətində yerləşən Əlhəzbə məntəqəsindəki mövqelərini hədəfə alıblar.

Bu raket hücumunda onlarla səud muzduru ölüb və yaralanıbdır.

Yəmənli qüvvələr son həftələrdə səud koalisiyası ilə müharibə meydanında mühüm qələbələr əldə ediblər.

Səud rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.