Muqtəda Sədr səuiyyədən istəyib ki, Bəqi qəbiristanlığını bərpa etsin
-
Muqtəda Sədr səuiyyədən istəyib ki, Bəqi qəbiristanlığını bərpa etsin
İraqda Sədr cərəyanının rəhbəri səud rəsmilərindən, xüsusən səud vəliəhdi Muhəmməd bin Salmandan istəyibdir ki, Bəqi qəbiristanlığını bərpa etsinlər.
Moqtəda Sədr twitter-dəki şəxsi səhifəsində yazıb: Şəvvalın səkkizi, Ərəbistanda Bəqi qəbiristanlığının, yalandan İslam iddiasında olan ifratçı və yayınmış bir qrup tərəfindən dağıdılmasının ildönümü günüdür.
İraqda Sədr cərəyanının rəhbəri əlavə edib: Bu hadisədən onlarla il keçir və ərəbistan bu müddət ərzində boyun və şallaq vuran ifratçı şəxslərin hakimiyyəti altında olubdur.
Muqtəda Sədr səud rəsmilərindən, xüsusən səud vəliəhdi Muhəmməd bin Salmandan istəyibdir ki, Allaha xatir Bəqi-nin dağılmasından sonra artmış regiondakı firqəvi ixtilaflara son qoymaq üçün Bəqi qəbiristanlığında pak imamlar(ə)-ın qəbirlərini bərpa etsinlər.