Bağdadın şimalında iki partlayış baş verib
İyun 14, 2019 03:19 Asia/Baku
İraq mediaları bu gün səhər tezdən paytaxt Bağdadın şimalında iki partlayışın baş verməsindən xəbər veriblər.
İraqlı mənbələr bildiriblər ki, bir əldəqayırma bomba Bağdadın şimalındakı Əlvəsbə meydanında, digəri isə Əlşulə məntəqəsində partlayıbdır.
Bu iki partlayışın ehtimal edilən xəsarətləri və tələfatı haqda hələ bir məlumat yayılmayıbdır.
İŞİD terror qrupunun İraqda məğlub olmasına rəğmən, hələ bu terror qrupunun bir qrup üzvü İraqın müxtəlif məntəqələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətlərinə əl atırlar.