Sionist rejim qırıcıları yenidən Qəzzəni bombalayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342402-sionist_rejim_qırıcıları_yenidən_qəzzəni_bombalayıblar
Sionist rejim qırıcıları bu gün səhər tezdən bir daha Qəzzə zolağını raket hücumları hədəfinə çevirilblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2019 05:19 Asia/Baku
  • Sionist rejim qırıcıları yenidən Qəzzəni bombalayıblar

Sionist rejim qırıcıları bu gün səhər tezdən bir daha Qəzzə zolağını raket hücumları hədəfinə çevirilblər.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları Fələstin müqavimət qüvvələrinin Qəzzə zolağının şərqində yerləşən Əlzəytun məntəqəsindəki mövqelərini üç növbədə hədəfə alıblar.

Bu hücumun ardınca Qəzzədə bir neçə güclü partlayış səsi eşidilib.

Hələ bu hücumun ehtimal edilən xəsarətləri və tələfatı haqda bir məlumat yayılmayıbdır.

Sionist rejim ordusu iddia edibdir ki, bu hücum Qəzzə zolağından işğal olunmuş Fələstinin cənubuda yerləşən Sedirot sionist qəsəbəsinə tərəf bir ədəd raketin atılmasına cavab olaraq, həyata keçirilibdir.