Sionist hərbçilər onlarla fələstinli aksiyaçını yaralayıblar
-
Sionist hərbçilər onlarla fələstinli aksiyaçını yaralayıblar
Sionist rejim hərbçiləri Qəzzə zolağının işğal olunmuş Fələstinlə sərhəd məntəqəsində keçirilən “Qayıdış haqqı” yürüşündə iştirak edən fələstinli aksiyaçıları atəşə tutaraq, 49 nəfəri yaralayıblar.
Fəlsətinlilər dünən “Qayıdış haqqı” yürüşündə iştirak etmək üçün Qəzzə zolağının bütün məntəqələrindən bu zolağın şərq sərhədlərinə gəliblər.
Özlərinin 61-ci cümə yürüşünü “Qərb sahilinin yəhudiləşdirilməsi və birləşdirilməsinə-yox!” şüarı ilə keçirən yürüş iştirakçıları ötən həftələrdə olduğu kimi, sionist rejim hərbçilərinin hücum və atəşlərinə tuş gəliblər.
Bu dinc yürüşdə bir neçə şəfqət işçisi və tibb kadrı daxil olmaqla 49 fələstinli yaralanıb. Onlarla nəfər də gözyaşardıcı qazlarla tənəffüs nəticəsində boğuntu və tənəffüs problemi ilə üzləşib.
Dinc mahiyyətli “Qayıdış haqqı” yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir.
2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 317 fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.