Yəmənli qüvvələr Əlzalə əyalətində irəliləyiblər
-
Yəmənli qüvvələr Əlzalə əyalətində irəliləyiblər
Yəmənli qüvvələr bu ölkənin cənubunda yerləşən Əlzalə əyalətində bir neçə qərargahı təcavüzkar səud koalisiyası muzdurlarından təmizləməyə və onlardan bir qrupunu öldürməyə müvəffəq olublar.
Yəmən ordusu və xalq komitələri qüvvələri dünən səud koalisiyası muzdurlarının Əlzalə əyalətinin Qətəbə məntəqəsindəki mövqelərini hədəfə alaraq, onlara ağır xəsarət vurublar.
Digər tərəfdən, yəmənli qüvvələrin Təiz əyalətində təcavüzkar səud koalisiyası muzdurlarının qərargahlarına qarşı hücumları nəticəsində onlardan bir qrupu ölüb və yaralanıb, həmçinin onlara ağır xəsarətlər də dəyibdir.
Yəmən ordusu və xalq komitələrinin hərbi texniki bölməsi Ərəbistanın Nəcran şəhərinin ətrafında yerləşən Ələcaşir məntəqəsində özünəməxsus pusqu əməliyyatı həyata keçirərək, səud koalisiyası muzdurlarının bir avtomobilini məhv edibdir.
Yəmənli qüvvələr həmçinin bomba vasitəsilə Əlcuf əyalətinin “Xub və Əlşəəf” bölməsində yerləşən “Əstər” cəbhəsində təcavüzkar səud koalisiyası muzdurlarının bir avtomobilini məhv edə biliblər. Nəticədə bir qrup muzdur ölüb və yaralanıbdır.