Səud qırıcıları Sənaya hücum ediblər
İyun 16, 2019 07:03 Asia/Baku
-
Səud qırıcıları Sənaya hücum ediblər
Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin paytaxtı Sənanı bombalayaraq, bu şəhərin yaşayış massivlərinə xəsarətlər vurublar.
Səud qırıcıları bu gün səhər tezdən Sənanın "60-cı qərb" küçəsinin yaxınlığında yerləşən bir məntəqəni bombalayıblar.
Səud qırıcıları həmçinin Səna əyalətinin Əlsurə rayonunda yerləşən Ələruq məntəqəsini və Əlsiyanə düşərgəsini hədəfə alıblar.
Səna hava limanının ətrafında yerləşən Əldəyləmi hava bazası da səud qırıcılarının hücumları hədəfinə çevrilibdir.
Yəmən ordusu və xalq komitələri qüvvələri də səud muzdurlarının Əlsaqiyyə məntəqəsindəki mövqelərini hədəfə alaraq, onlardan bir qrupunu öldürüblər.