Nəcranda ərəbistanın casusluq pilotsuzu vurulub
İyun 20, 2019 05:17 Asia/Baku
-
ərəbistanın casusluq pilotsuzu vurulub
Yəmənin ordu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə ərəbistanın cənubunda yerləşən Nəcran şəhərində səud rejiminin bir ədəd casusluq pilotsuzunu vurublar.
Yəmənin ordu və xalq komitələri bildiriblər ki, bu pilotsuzu Nəcranın Əlşərəfə məntəqəsində hədəfə alıblar.
Yəmənin ordu və xalq komitələri səud koalisiyasının Yəmənə qarşı hücumları başlanandan bəri ərəbistanın və onun müttəfiqlərinin onlarla casusluq pilotsuzunu vurublar.
Bir yəmənli hərbi mənbə də dünən gecə Yəmənin ordu və xalq komitələrinin snayperlər bölməsinin Cizan və Nəcran cəbhələrindəki əməliyyatlarında 29 səud muzdrununun öldürülməsindən xəbər verib.
Yəmənli qüvvələr son həftələr səud koalisiyası ilə döyüş meydanlarında mühüm qələbələr qazanıblar.