Mursinin oğlu: Mənzilimizdə matəm saxlamağı bizə qadağan ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342761-mursinin_oğlu_mənzilimizdə_matəm_saxlamağı_bizə_qadağan_ediblər
Misirin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursinin oğlu Abdullah bildirib ki, Qahirə hökmranları onun ailəsinə mənzildə matəm saxlamağı qadağan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2019 05:19 Asia/Baku
  • oğlu: Mənzilimizdə matəm saxlamağı bizə qadağan ediblər
    oğlu: Mənzilimizdə matəm saxlamağı bizə qadağan ediblər

Misirin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursinin oğlu Abdullah bildirib ki, Qahirə hökmranları onun ailəsinə mənzildə matəm saxlamağı qadağan ediblər.

Muhəmməd Mursi bazar ertəsi günü axşam "xarici təşkilatlar üçün casusluq" işi barədə məhkəmə iclası keçirilərkən huşunu itirib, sonra da vəfat edibdir.

Mursinin vəfatından sonra misir daxili işlər nazirliyi bu ölkədə fövqəladə vəziyyət elan edib.

Qətərin Əlcəzirə telekanalı təcili bir xəbərdə bildirib ki, Misirin keçmiş prezidenti mayın yeddisində keçirilən öncəki məhkəmə iclasında demişdi ki, həyatı təhlükə qarşısındadır.

Human Rights Watch təşkilatı da bir bəyanatda bildirib ki, Misirin "çevrilişçi" hökuməti bu ölkənin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursinin ölümündə məsuliyyət daşıyır.

BMT-nin insan haqları idarəsi də Mursinin ölümünü şübhəli adlandıraraq, bu sahədə müstəqil istintaqa çağırıbdır.