İyun 20, 2019 16:36 Asia/Baku
  • Sionist rejimin nüvə silahları artıb
    Sionist rejimin nüvə silahları artıb

Dünya Sülh və Silah Tədqiqatı İnstitutu sionist rejim ordusunun 80-90 hərbi-nüvə başlığını ortaya çıxarıb.

İsveçin Stokholm şəhərində yerləşən Dünya Sülh və Silah Tədqiqatı İnstitutu sionist rejimin nüvə silahlarının artırılması siyasətini ifşa edərək, bütün ölkələrin hərbi-nüvə başlıqlarının sayının azaldılması sahəsində təcili addım atmalarını vurğulayıb.

Bu müəssisənin bildirdiyinə görə, sionist rejim indiyədək nüvə silahlarının artırılması siyasətində bir dəyişiklik yaratmayıb və öz nüvə silah və raketlərinin həcmini artırmaqdadır.

Bu məlumata görə, 2019-cu ilin əvvəlindən bəri Amerika, İngiltərə, Rusiya, Fransa, Çin, Hindistan, Pakistan, sionist rejim və Şimali Koreya bütövlükdə 85 min 613 nüvə silahına malikdirlər.

Sionist rejim gizlilik və Amerikanın himayəsi ilə nüvə silahlarının yayılmasını qadağan edən NPT müahidəsinə qatılmağa hazır deyildir.

 

Teqlər